Bakı. Trend:
“Səadan” yatağında 1836 və 1847 nömrəli quyular qazmadan sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ alt-Maykop Lay Dəstəsinə qazılmış quyular ştanqlı dalma nasosu üsulu ilə məhsul verib. Quyuların hər biri sutkalıq 4-5 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.
Quyularda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.