...

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 2 Oktyabr 2017 12:50 (UTC +04:00)

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

EUR/USD məzənnəsi proqnozlaşdırıldığı kimi 1.1718$-a kimi ucuzlaşdıqdan sonra 1.1763$-a kimi korreksiya edib. Lakin avro/dollar valyuta cütlüyü üzrə texniki təhlillərə əsasən, qiymət 1.1780$-ın altında qaldıqca, yenidən 1.1718$ və 1621$-a kimi də ucuzlaşa bilər. Avrozonada makro iqtisadi göstəricilərin pisləşməsi və siyasi risklərin artması, avroya təzyiq edən əsas amillərdir.

Eyni zamanda, cümə günü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı önəmli statistik məlumatların da məzənnəyə güclü təsir edəcəyi gözlənilir.

GBP

İngiltərə maliyyə bazarlarında da GBP/USD məzənnəsi 1.3357$-a ticarət edilir və qiymət 1.3342$-a kimi ucuzlaşaraq, sözügedən səviyyənin altında qalarsa, 1.3265$-a kimi də ucuzlaşa bilər. Bu həftə yayımlanacaq İngiltərənin sənaye, xidmət və tikinti sektoru ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir.

TRY

Türkiyə valyuta bazarlarında USD/TRY məzənnəsi 3.57TL-ın üzərində ticarət edilir. Məzənnə gələcək günlər ərzində əlavə olaraq 3.5956TL-ə kimi bahalaşarsa, 3.6470TL-ə kimi də dəyər qazana bilər.

Çərşənbə axşamı saat 11:00-da açıqlanacaq Türkiyənin inflyasiyası ilə bağlı məlumatlar da bazar iştirakçıları tərəfindən böyük maraqla gözlənilir.

OIL

Avropanın Brent markalı neftinin bir barel qiyməti korreksiyaya başlayıb. Belə ki, Brent neftinin bir barel qiyməti 60$-a kimi bahalaşdıqdan sonra 56$-a kimi ucuzlaşıb və qiymətin texniki mənzərəsi üzrə təhlillər onu göstərir ki, qiymət 53$-a kimi də geri çəkilə bilər.

GOLD

Amerika Mərkəzi Bankının (FED) faiz dərəcələrini dekabr ayında artıra biləcəyi gözləntiləri, əlvan metallar bazarlarında da qızıl qiymətlərinin ucuzlaşmasına təsir edir. Artıq 1273$-a (40.2 $/qram) kimi dəyər itirən qızılın bir unsiya üzrə qiyməti 1271$-a (40.1 $/qram) kimi ucuzlaşmaqla, bu səviyyənin altında qalarsa, əlavə olaraq 1244$-a (39.3 $/qram) kimi də dəyər itirəcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti