...

Bank sektorunun icmal göstəriciləri açıqlanıb

İqtisadiyyat Materials 3 Noyabr 2017 16:12 (UTC +04:00)
31 bankın 30 sentyabr 2017-ci il tarixinə cəmi aktivləri 26,163.6 milyon manat, cəmi öhdəlikləri isə 23,145.0 milyon manat təşkil edib.
Bank sektorunun icmal göstəriciləri açıqlanıb

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 sentyabr 2017-ci il tarixinə cəmi aktivləri 26,163.6 milyon manat, cəmi öhdəlikləri isə 23,145.0 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, sektorun balans kapitalı 3,018.6 milyon manat, əhalinin əmanətləri 6,999.5 milyon manat olub.

Bankların filiallarının sayı 557, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,486-dır. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,340 nəfər təşkil edib.

Hazırda ölkədə fəaliyyət göstərən 123 Bank olmayan kredit təşkilatlarının 178 filialında 2324 nəfər işçi çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti