...

Nazir rublla bağlı proqnoz verdi

İqtisadiyyat Materials 7 Dekabr 2017 12:03 (UTC +04:00)
Rubl dayanıqlıdır və onun məzənnəsi nə bu il, nə də gələn il düşməyəcək
Nazir rublla bağlı proqnoz verdi

Bakı. Trend:

Rubl dayanıqlıdır və onun məzənnəsi nə bu il, nə də gələn il düşməyəcək.

Trend-in məlumatına görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

Nazir həmçinin qeyd edib ki, Rusiya iqtisadiyyatı növbəti iki ildə artım nümayiş etdirə bilər. Onun sözlərinə görə, nazirliyin proqnozlarına əsasən ölkə iqtisadiyyatı 2018-2019-cu illərdə 2 faiz arta bilər.

Qeyd edək ki, bu ilin avqustunda M.Oreşkin Rusiya rublunun ilin sonunadək daha yumşaq ucuzlaşmasını gözlədiyini bildirmişdi. Nazir qeyd etmişdi ki, ilin sonunadək 1 dollar 68 rubl yox, 63 rubla bərabər olar bilər.

Xəbər lenti

Xəbər lenti