...

Aİ-92 benzininin idxalına görə aksiz dərəcələri yenidən qaldırıldı (YENİLƏNİB)

İqtisadiyyat Materials 25 Dekabr 2017 14:14 (UTC +04:00)
Azərbaycana gətirilən aksiz vergisinə cəlb olunan mühərrik benzin növlərinə tətbiq ediləcək yeni aksiz dərəcələri məlum olub.
Aİ-92 benzininin idxalına görə aksiz dərəcələri yenidən qaldırıldı (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycana gətirilən aksiz vergisinə cəlb olunan mühərrik benzin növlərinə tətbiq ediləcək yeni aksiz dərəcələri məlum olub.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərara müvafiq dəyişiklik edilib.

Qərar 2018-ci il yanvarın 23-də qüvvəyə minəcək.

Aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb.

Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.

SOCAR-dan Trend-ə bildiriblər ki, bundan əvvəl aksiz dərəcələri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) istehsalatın dayandırılması ilə bağlı azaldılmışdı. Buna görə də aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılmışdı.

Qeyd olunub ki, NEZ-in işin dayandırılmasının benzinin qiymətlərinə təsir etməməsi üçün Aİ-92 benzininin idxalının vergidən azad edilməsi, bu benzinin idxalına görə aksiz dərəcəsinin isə 200 manatdan 1 manatadək azadılması qərara alınmışdı. Bakı NEZ-də istehsalat bərpa olunduğu üçün bu benzin növünün idxalına zərurət aradan qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti