Bakı. Trend:
Liviyada Əs-Sidr limanına gedən neft borusunda partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində bölgədə işləyən briqada ilə əlaqə itib.
Partlayış nəticəsində insan tələfatı olub-olmaması barədə hələ məlumat yoxdur. Qəzanın miqyası və törətdiyi fəsadlar barədə də məlumat verilməyib.
Partlayışın terror aktı olması istisna edilmir.