...

Baş nazir: Bakı-Tbilisi-Qars layihəsi Gürcüstanın nəqliyyat xəritəsini dəyişdirib

İqtisadiyyat Materials 23 Yanvar 2018 18:24 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsi Gürcüstanın nəqliyyat xəritəsini dəyişdirib
Baş nazir: Bakı-Tbilisi-Qars layihəsi Gürcüstanın nəqliyyat xəritəsini dəyişdirib

Bakı. Maksim Tsurkov - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi Gürcüstanın nəqliyyat xəritəsini dəyişdirib.

Trend-in məlumatına görə, bunu Davos Dünya İqtisadi Forumunda “Avrasiya – Strateji baxış” paneli zamanı moderatorun sualına cavab verən Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili deyib.

Baş nazir qeyd edib ki, reallaşdırılan beynəlxalq layihələr və Gürcüstanın coğrafi mövqeyi ölkədə iqtisadi fəaliyyətin əsasını təşkil edir: “BTQ Gürcüstanı Çin, Qazaxıstan, Azərbaycan, Türkiyə və Avropa ilə birləşdirdi. Çindən gələn qatar Gürcüstana doqquz günə çata bilər. Bu təkcə bizim ölkə üçün yox, layihə iştirakçısı olan bütün ölkələr üçün böyük nailiyyətdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti