...

“AzerGold”un nailiyyətləri beynəlxalq konfransda böyük marağa səbəb olub (FOTO)

İqtisadiyyat Materials 7 Mart 2018 11:21 (UTC +04:00)
“AzerGold” QSC-nin nümayəndə heyəti Kanadanın Toronto şəhərində təşkil olunan “PDAC 2018” (Prospectors & Developers Association of Canada 2018) adlı beynəlxalq konfransda iştirak edir.
“AzerGold”un nailiyyətləri beynəlxalq konfransda böyük marağa səbəb olub (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC-nin nümayəndə heyəti Kanadanın Toronto şəhərində təşkil olunan “PDAC 2018” (Prospectors & Developers Association of Canada 2018) adlı beynəlxalq konfransda iştirak edir.

Trend-in məlumatına görə, “AzərGold” QSC-nin nümayəndələri geoloji kəşfiyyat, metallurgiya, mədənçilik üzrə texnoloji nailiyyətlər, investisiyaların cəlb edilməsi və korporativ sosial məsuliyyət mövzularının müzakirələri üçün təşkil olunan platformalarda iştirak edərək bu sahələrdə mövcud müxtəlif yanaşma və müasir trendlərlə yaxından tanış olublar. Bundan əlavə, Cəmiyyətin nümayəndə heyəti geniş tərkibli görüşlər keçirərək yeni işgüzar əlaqələr yaradıb. Belə ki, “Golder Associates”, “FLSmidth”, “Outotec”, “Metso”, “Vale”, “Newmont”, “BHB Billiton”, “Teck” və digər məşhur şirkətlərlə görüşlər təşkil olunub. Şirkətlər Cəmiyyətlə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.

Konfransın sərgi hissəsində yerləşdirilən Azərbaycanın qiymətli metal yataqları və əlvan metal sənayesi haqqında “AzerGold” QSC-nin məlumat stendi konfrans iştirakçılarının böyük marağına səbəb olub. Stendin ziyarətçiləri Cəmiyyətin qısa müddət ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiriblər.

Hər il keçirilən beynəlxalq “PDAC” konfransı faydalı qazıntıların hasilatı ilə məşğul olan mütəxəssislər, təşkilatlar və şirkətlər üçün təşkil olunan dünyanın ən nüfuzlu tədbirlərindən biridir. 4-7 mart tarixlərində keçirilən builki konfransda 130 ölkəni təmsil edən 25 minə yaxın insan iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti