Bakı. Trend:
13 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə “MasterCard Worldwide” beynəlxalq ödəniş sistemi arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi olub.
Bundan əlavə “MasterCard Worldwide” beynəlxalq ödəniş sisteminin cənub-şərqi Avropa regionu üzrə innovativ ödəniş həlləri sahəsində meneceri tərəfindən rəqəmsal xidmətlər üzrə son yeniliklər, təşkilata üzv ölkələrdə tətbiq olunan yeni texnologiyalar haqqında məlumat verib.
Qarşılıqlı müzakirələr əsasında keçən tədbirdə iştirakçıların sualları cavablandırılaraq rəqəmsal ödəniş xidmətlərinin xarakterik xüsusiyyətləri və üstünlükləri açıqlanıb.