Bakı. Trend:
Rusiya və Azərbaycan beynəlxalq avtomobil daşımaları üçün azad tranzit barədə sazişə qayıdacaq.
Trend-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının nəqliyyat və tikinti məsələləri üzrə komitəsinin sədri Yevgeni Moskviçev deyib.
O bildirib ki, tərəflər arasında keçirilmiş danışıqlar nəticəsində Rusiya və Azərbaycanda tranzitin azad olması məsələsi həll edilib.
Y.Moskviçevin sözlərinə görə, bu yolla İrandan Azərbaycana və Rusiyaya yük daşımaları dəfələrlə artacaq.