...

GoldenPay-dan “Azərbaycan üçün öyrət” beynəlxalq təhsil proqramına dəstək

İqtisadiyyat Materials 20 İyul 2018 17:01 (UTC +04:00)
"Goldenpay" şirkətinin rəsmi tərəfdaşlığı ilə iyulun 17-də “Azərbaycan üçün öyrət” beynəlxalq təhsil proqramı çərçivəsində “Təhsil avtobusu - 2018” adlı Yay Məktəbinə start verilib.
GoldenPay-dan “Azərbaycan üçün öyrət” beynəlxalq təhsil proqramına dəstək

Bakı. Trend:

"Goldenpay" şirkətinin rəsmi tərəfdaşlığı ilə iyulun 17-də “Azərbaycan üçün öyrət” beynəlxalq təhsil proqramı çərçivəsində “Təhsil avtobusu - 2018” adlı Yay Məktəbinə start verilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu layihə 17-23 iyul tarixləri arasında keçiriləcək. “Təhsil avtobusu - 2018” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahətə başlayıb.

İyulun 23-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində akademik göstəriciləri zəif və orta olan həm orta məktəblərin, həm də modul məktəblərinin 7, 8 və 9-cu sinif şagirdləri təlimçi, eləcə də ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.

Məlumat üçün bildirək ki,“Təhsil avtobusu - 2018” yay məktəbi layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı”, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1News.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” təhsil portalı, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə həyata keçirilir.

Qeyd edək ki, “Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.

Onlayn ödəmələr bazarında lider olan "Goldenpay" şirkəti Azərbaycanda hər zaman təhsilə və gənclərin fərdi inkişafına dəstək olmaqdadır. Gənclərə nəinki təhsildə, eyni zamanda karyeralarını qurmaqda və təcrübə qazanmaqda "Goldenpay" şirkəti təcrübə və iş imkanları ilə təmin edir.

2011-ci ilin aprel ayında "GoldenPay" şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.

Hesab.az yaxın vaxtlarda istifadəçilərə yeni saytını təqdim etməyi nəzərdə tutur. Sosial şəbəkədəki kanalları vasitəsilə istifadəçilərə maraqlı kampaniya, layihələr təqdim etməyi planlaşdırır. Yeniliklərlə tanış olmaq üçün Hesab.az-ın mövcud facebook və instagram səhifələrini izləmək və bununla da daha tez xəbərdar olmaq olar.

Yenilikləri gözləyin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti