...

Azərbaycanın hasilatın pay bölgüsü ilə bağlı yeni öhdəlikləri təsdiqləndi

İqtisadiyyat Materials 25 İyul 2018 09:49 (UTC +04:00)
Nazirlər Kabineti Azərbaycanın hasilatın pay bölgüsü ilə bağlı yeni öhdəliklərini təsdiq edib.
Azərbaycanın hasilatın pay bölgüsü ilə bağlı yeni öhdəlikləri təsdiqləndi

Bakı. İlhamə İsabalayeva - Trend:

“Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş”in 5-ci əlavəsində qeyd olunmuş “Azərbaycan Respublikası
hökumətinin təminatı və öhdəlikləri” təsdiq edilib.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti qərar verib.

Qərar “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş”ə Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri barədə “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 28 dekabr tarixli 2583 nömrəli Sərəncamına əsasən verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti