...

İnnovasiya müsabiqəsinə layihələrin qəbulu davam edir

İqtisadiyyat Materials 3 Sentyabr 2018 21:24 (UTC +04:00)
İndiyədək müsabiqəyə 70-yə yaxın layihə təqdim olunub.
İnnovasiya müsabiqəsinə layihələrin qəbulu davam edir

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı tərəfindən “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə İkinci Respublika İnnovasiya Müsabiqəsi elan edilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə elan edilmiş İkinci Respublika İnnovasiya Müsabiqəsi barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, AMEA-nın Yüksək Texnologiyalar Parkının müəllim, tələbə və gənc tədqiqatçıları, həmçinin ASAN könüllüləri ilə maarifləndirmə tədbirləri keçirilib.

İndiyədək müsabiqəyə 70-yə yaxın layihə təqdim olunub. Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Müsabiqədə iştirak etmək üçün namizədlər layihələrini 2018-ci ilin 20 sentyabr tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” (www.ideya.az) platforması vasitəsilə təqdim edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti