...

Azərbaycanda 9 ayda 458 avtomobil istehsal olunub

İqtisadiyyat Materials 22 Oktyabr 2018 20:44 (UTC +04:00)
Azərbaycanda 2018-ci ilin yanvar-sentyabr aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 228,9 milyon manatlıq məhsul istehsal edilib.
Azərbaycanda 9 ayda 458 avtomobil istehsal olunub

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda 2018-ci ilin yanvar-sentyabr aylarında maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 228,9 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 27,4 dəfə artıb, maşın və avadanlıqların istehsalı 13,2 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 64 faiz azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 1 200 ədəd traktor, 458 ədəd minik avtomobili istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti