...

Bakıda Biznes İdarəçiliyi Forumu keçirilib

İqtisadiyyat Materials 6 Noyabr 2018 13:23 (UTC +04:00)
Azərbaycanda biznes idarəçiliyinin inkişafına təkan vermək, bu sahədə yerli kadrların daha da təkmilləşdirilməsi üçün ümumi müzakirələrin keçirilməsi çox vacibdir.
Bakıda Biznes İdarəçiliyi Forumu keçirilib

Bakı. Trend:

Azərbaycanda biznes idarəçiliyinin inkişafına təkan vermək, bu sahədə yerli kadrların daha da təkmilləşdirilməsi üçün ümumi müzakirələrin keçirilməsi çox vacibdir. Bu baxımdan Biznes İdarəçiliyi Forumunun keçirilməsində əsas məqsəd dünyada olan idarəçilik trendlərinin, müasir idarəçilik alətlərinin müzakirə edilməsi və biznes idarəçilərimizi həmin alətlərin tətbiqinə stimullaşdırmaqdır.

Noyabrın 2-də Business Service Center-in baş sponsorluğu ilə həyata keçirilən, şirkət rəhbərləri biznes idarəçiləri və sahibkarlar üçün nəzərdə tutulmuş Biznes İdarəçiliyi Forumunda real idarəçilik keysləri ilə tanışlıq, müzakirələr vasitəsilə idarəçiliklə bağlı önəmli suallara cavabların tapılması kimi maraqlı panellər nümayiş olunub.

Biznes İdarəçilik Forumunda iştirak edən Spiker və Moderatorlardan İlkin Manafov, Sakit Səmədov, Xəqani Səfərov, Anar Bayramov, Orhan Gultekin, Əfsun Qurbanov, Elgün Məmmədov, Vüqar Zeynalov, Sevda Güner, Qafar Dəmirçi, Kamran Eyyubov və Ehtiram Quliyev hər birinə ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk.

Həmçinin tədbirin yüksək səviyyədə təşkilatçılığı üçün SAT Group komandasına öz minnətdarlığımızı bildiririk.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti