...

Bügunkü hərrac - Kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri özəlləşdirildi (FOTO)

İqtisadiyyat Materials 2 İyul 2019 15:56 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Bügunkü hərrac - Kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri özəlləşdirildi (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, budəfəki hərracda özəlləşdirilən əmlaklar arasında kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri var. Sahəsi 184.6 kv.m olan dövlət əmlakı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşir. Xidmət, ticarət və digər istiqamətlər üzrə fəaliyyət imkanları olan dövlət obyekti 231.8 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Biləsuvar rayonunun Aşağı Cürəli kəndindəki qeyri-yaşayış binasının isə sahəsi 111.5 kv.m-dir. Bu dövlət əmlakı üzrə hərracda iştirak edən şəxs onu 301 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirib.

Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərracda vətəndaş Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki dövlət əmlakını özəlləşdirib. Xidmət və ya ofis obyekti kimi istifadə imkanları olan bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 33.6 kv.m-dir.

Avtomobil almaq istəyənlər də seçimlərini dövlət əmlakları üzrə edərək hərracda iştirak ediblər. Özəlləşdirilən "BMW", "QAZ", "Fiat" markalarından olan avtomobillərin buraxılış tarixləri 2005-2008-dir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyulun 9-u keçiriləcək. Bu hərraca 77 dövlət əmlakı çıxarılıb. İştirak etmək istəyənlər 22 səhmdar cəmiyyəti, 46 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti