...

Azərbaycanda Əməyin Mühafizəsi Fondu yaradılacaq

İqtisadiyyat Materials 11 İyul 2019 12:56 (UTC +04:00)
Bu günədək Azərbaycanda əmək qanunvericiliyinin prinsiplərinə ənənəvi yanaşma mövcud olub
Azərbaycanda Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bakı. Kəmalə Məmmədli - Trend:

Bu günədək Azərbaycanda əmək qanunvericiliyinin prinsiplərinə ənənəvi yanaşma mövcud olub, amma Beynəlxalq Əmək Təşkilatının təklif etdiyi konsepsiya özündə fəal yanaşma və strateji həll yolları ehtiva edir.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

Onun sözlərinə görə, bu konsepsiyaya uyğun olaraq yaxın zamanlarda Əməyin Mühafizəsi Fondu yaradılacaq.

Nazir müavini bildirib ki, bu, işəgötürənlərlə fəal iş aparmağa imkan verəcək, eləcə də işçi kadrların hazırlanmasına, maarifləndirmə işlərinin təkmilləşməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti