Bakı. Trend:
İsveç avtomobil istehsalçısı "Volvo" bütün dünyada satılmış təxminən 500 min avtomobilini geri çağırır.
Trend-in məlumatına görə, buna səbəb avtomobillərin mühərrik bölməsində alışma təhlükəsi olub.
Şirkət qeyd edir ki, 2014-2019-cu illər arasında istehsal olunan dördsilindrli dizel mühərrikli modellər, eləcə də V40, V60, V70, S80, XC60 və XC90 geri çağırılacaqlar.
Xatırladaq ki, qeyd olunan 500 min avtomobilin 86 mini İsveçin özündədir.