...

SOCAR: 500-dən çox neftçi təxliyə edilib

İqtisadiyyat Materials 21 Sentyabr 2019 13:32 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirləri ilə əlaqədar 500-dən çox neftçi təxliyə edilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, 21-22 sentyabr tarixlərində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 500-dən çox neftçi təxliyə edilib.

Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti