Ramin Mahmudzadə: İlk azərbaycanlı proqramçılar dünyanın ən iri şirkətlərində aparıcı mütəxəssislər oldu (FOTO)

Ramin Mahmudzadə: İlk azərbaycanlı proqramçılar dünyanın ən iri şirkətlərində aparıcı mütəxəssislər oldu (FOTO)

Bakı. Trend:

Azərbaycanda ilk proqramçılar nə zaman formalaşmağa başladı? Onlar o zaman hansı çətinliklərlə üzləşirdilər? Hal-hazırda bu peşənin gənc nümayəndələri üçün hansı təhsil imkanları mövcuddur? Yaxın zamanda Azərbaycanda proqramçılar üçün keçiriləcək "PASHA Bank Cup" yarışması ərəfəsində bu barədə Bakı Dövlət Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının dosenti, “Şöhrət” Ordeninin kavaleri Ramin Mahmudzadə və PAŞA Bankın Rəqəmsal Mühəndislik Şöbəsinin rəhbəri Vüsal Xəlilov öz müsahibələrində danışdılar.

- Ramin müəllim, sizi İT sahəsində ilk azərbaycanlı mütəxəssisləri hazırlayan, zəngin iş təcrübəsinə malik informasiya texnologiyaları üzrə aparıcı ekspertlərdən biri kimi tanıyırıq...

- Tamamilə düzdür, mən hələ Sovet dövründə azərbaycanlı məktəbli və tələbələrlə məşğul olmaq, onları informasiya texnologiyaları üzrə müxtəlif yarışlara hazırlamaq şərəfinə layiq görülmüşdüm. Orta məktəb şagirdləri ilə 1962-ci ildən məşğul olmağa başladım. Azərbaycanda ilk öncə 164 nömrəli, daha sonra isə 134 nömrəli məktəbdə ilk proqramçı sinifləri yarandı.

- Azərbaycandan gənc mütəxəssislər öz istedadlarını beynəlxalq səviyyədə nümayiş etdirmək şansını nə zaman qazandı?

- 3-cü yeri tutduğumuz İnformatika üzrə Ümumittifaq Olimpiadasında ilk dəfə 1982-ci ildə azərbaycanlı tələbələr, daha sonra isə 1989-cu ildə məktəblilər iştirak etmişdir. Dörd il sonra, yəni 1993-cü ildən etibarən azərbaycanlı məktəblilər ölkəni informasiya texnologiyaları üzrə beynəlxalq olimpiadalarda təmsil etməyə başladı.

Yerli gənclər inanılmaz istedada malik idi. Məsələn, yuxarı siniflərdə proqramçı siniflərinin şagirdləri diferensial bərabərləşdirmələrin müxtəlif yeni həll variantlarını təklif edərək müəllimlərlə mübahisə edirdi. Nəticə etibarilə, həmin nəslin bir çox azərbaycanlı tələbələri hal-hazırda bütün dünyada iri şirkətlərdə aparıcı mütəxəssis, rəhbər və top menecer vəzifələrində çalışırlar.

- İlk yerli proqramçılarını hazırladığınız zaman qarşılaşdığınız çətinlikləri oxucularla paylaşmağınızı xahiş edirik.

- Bu, həmin dövrdə hər kəsin qarşılaşdığı çətinliklər idi, ən əsas çətinlik isə texniki təchizat və ədəbiyyatın çatışmazlığı idi. İndi İnternetdə istənilən mövzuda ədəbiyyat tapmaq mümkündür. Biz isə həmin dövrdə yanaşmaları özümüz sınaqdan keçirməklə nələrin işləyib işləməyəcəyini müəyyən edirdik. Bizim üçün ən müasir proqramlaşdırma kompüteri saniyədə 100 əməliyyat sürətinə malik “Ural 1” elektron-hesablama maşını idi. Məktəblər “Korvet”, “Yamaha” və Dialoq Hesablama Kompleksləri (DHK) ilə təchiz olunurdu. Bu bizim üçün inanılmaz idi, hamımız həyəcanlı idik və yeni biliklər əldə etmək arzusunda idik. Həmin dövrdə istənilən informatika müəllimi öz ixtisasına dərindən yiyələnməyə çalışırdı. Texnika, ədəbiyyat və proqramçıların hazırlanması ilə bağlı çətinliklər var idi. İndi isə, bütün dünyada olduğu kimi, ölkəmizdə də informasiya texnologiyaları sahəsində istedadların, güclü proqramçı və tərtibatçıların yetişdirilməsi üçün uyğun şərtlər vardır. Bizim vəzifəmiz isə mövcud olan imkanlardan faydalanmaqdır.

- Fikrinizcə, hal-hazırda gənc mütəxəssislərin hazırlanması zamanı nələrə xüsusi diqqətyetirilməlidir?

- Düşünürəm ki, hal-hazırda müəllimlərin peşəkar hazırlığına xüsusi diqqət yetirilməlidir, çünki məhz onlara şagirdin marağını cəlb etmək və ona keyfiyyətli biliklər vermək kimi əhəmiyyətli rol ayrılıb. Beləliklə, kompüter savadlılığı səviyyəsini artırmaq üçün müəllimlərin hazırlığından başlamaq, onların bilik səviyyəsini artırmaq lazımdır. Hal-hazırda bunun üçün bütün imkanlarımız var.

- Vüsal müəllim, PAŞA Bankın informasiya texnologiyaları ilə əlaqəli peşələrin ən yaxşı nümayəndələrinin bir arada olduğu Rəqəmsal Laboratoriyasının fəaliyyəti barədə məlumat verə bilərsiniz? Şöbənin qarşısında duran əsas məqsədlər nələrdir?

- Rəqəmsal Laboratoriyanın ən əsas vəzifələrindən biri PAŞA Bankın regionun ilk rəqəmsal bankı kimi təşəkkülü və ölkənin bank sektorunda informasiya texnologiyaları bazarının inkişafına töhfə verməkdir. Bu həm məsələnin texniki tərəfi, o cümlədən ən yeni texnologiyaların tətbiqi, həm insan potensialının inkişaf etdirilməsi və İT sahəsində yerli mütəxəssislərin fundamental biliklərinin artırılmasına şamil olunur.

Gündəlik işimizdə biz Agile yanaşmasını rəhbər tuturuq və Köhnə Dünya ölkələrində təzəlikcə tətbiq olunmağa başlayan ən müasir texnologiyalardan istifadə edirik. Bundan əlavə, biz həmçinin mikroservis, bulud texnologiyaları, DevOps həllərindən istifadə edirik və beləliklə proqramlaşdırma dilləri və çərçivə həllərindən asılılığı aradan qaldırırıq. Bütün bunlar çeviklik, geniş imkanlar və qarşımıza qoyduğumuz məqsədlərə daha sürətli nail olmağı nəzərdə tutur.

Ölkədə kadr potensialının inkişaf etdirilməsinə diqqəti yönəldərək yaxın gələcəkdə “PASHA Bank Cup” yarışmasını keçirməyi planlaşdırırıq. Yarışmada iştirak etmək üçün istedadlı yerli proqramçılar cəlb olunacaq. Bu məsələlərdə ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafında böyük rol oynayan şəxslərdən biri – Ramin Mahmudzadənin dəstəyinə arxalana bildiyimizə görə çox şadıq.

- “PASHA Bank Cup” yarışmasının əsas məqsədi nədir? Bu yarışmada kim iştirak edə biləcək?

- Biz “PASHA Bank Cup” yarışmasını ən yaxşı peşəkar keyfiyyətlərini nümayiş etdirə, yeni fundamental biliklər əldə edə və öz bacarıqlarını genişləndirə biləcək müxtəlif yaşlarda proqramçılar arasında nüfuzlu bir yarışma kimi mövqeləndiririk. Məktəblilərdən tutmuş yuxarı yaşda proqramçılaradək müxtəlif yaş kateqoriyaları arasında – bir neçə mərhələlərdə keçiriləcək yarışma çərçivəsində ən yaxşı mütəxəssislər seçiləcək və onlar Bank tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

- “PASHA Bank Cup” yarışmasından gözləntiləriniz nələrdir?

RM: Yarışma qaliblərinin təşkilatçılardan hədiyyələr qazanacağına baxmayaraq, iştirakçılar üçün əsas mükafat əldə ediləcək fundamental biliklər olacaq. Bu məni çox sevindirir, çünki məhz hərtərəfli fundamental biliklər xaricdə keçirilən olimpiadalarda, böyük yarışmalarda qalib gəlməyə imkan verir və məhz bu yarışmalarda dünyanın ən yaxşı işəgötürən şirkətləri – praktik bacarıqlarla birlikdə onlara diqqət yetirir.

VX: Tamamilə razıyam. Burada Ramin müəllimin missiyası bizim məqsədimizlə üst-üstə düşür: öyrətmək, öz üzərində işləmə, ən yaxşısı olma və qarşıya qoyulan məqsədlərə nail olma səylərini dəstəkləmək. Belə nüfuzlu yarışmalar nə qədər çox keçirilərsə, həm iştirakçılar, həm ümumilikdə ölkə üçün bir o qədər daha yaxşı olar. “PASHA Bank Cup” yarışmasında iştirak edəcək bütün proqramçılara uğurlar, peşələrində yeni zirvələrə çatmağı və uğurlara nail olmağı arzu edirəm!

Təşəkkür edirik!

“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Türkiyədə koronavirusdan sağalanların sayı 228 min nəfəri ötüb
"Xiaomi" dünyada ilk ultra-nazik şəffaf televizor istehsal edib
Arzu Nağıyev: ATƏT-in MİNSK qrupu verdiyi qərarlara hörmət etməlidir (VİDEO)
Hulusi Akar: 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür
Hulusi Akar: Türkiyə ilə Azərbaycanın silahlı qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub
Prezident İlham Əliyev: Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur
Prezident İlham Əliyev: Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür
Prezident İlham Əliyev: Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur
Ədliyyə Nazirliyi: 100 məhkum cəzadan tamamilə azad edilib
Məhkumlara sovqat və banderolların verilməsi bərpa olunub
Məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb
Yardımlıda qəza edən "Niva" qaz xəttini zədələdi
İqtisadiyyat Nazirliyi 65 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edib
Ermənistan kimi təcavüzkar ölkənin silahlandırılması təəssüfedici faktdır - Aydın Quliyev
Ağstafa və Salyanda "Ford" markalı avtomobil yanıb
“Facebook” istifadəçilərin biometrik məlumatlarının icazəsiz toplanmasında ittiham olunur
Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib (FOTO/VİDEO)
AQTA 76 obyektdə kobud pozuntular aşkarladı
İtalyan jurnalist: Ermənistanda totalitar rejim hökm sürür
Təsdiq edilən yeni qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişlərinin əhatəsini genişləndirəcək
İndoneziya bu ilin sonunadək sərhədləri açmayacaq
İnstitut summativ qiymətləndirmələrin aparılmasını vacib sayır
Ərdoğanla Merkel arasında telefon danışığı olub
Azərbaycan nümayəndəsi UNESCAP-ın ASİSM layihəsi üzrə İdarəetmə Komitəsinin iclasında iştirak edib
Səfir Eldar Həsənov tutulub - DTX
Azərbaycanda 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı
Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir - Deputat
XİN-də Azərbaycan-Gürcüstan əlaqələri müzakirə edilib
Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib - RƏSMİ (FOTO)
Avqustun 14-də dolların manata qarşı məzənnəsi
"Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub
İqtisadiyyat Nazirliyində yeni təyinat olub
Rusiya vaksini orqanizmi koronavirusdan iki il müddətində qoruyacaq
Xaçmazda artezian quyusunun qazılması ilə 200-dən çox sakinin içməli suya olan tələbatı tam ödəniləcək (FOTO)
Ali məktəb və kolleclərdə tədrisin distant formada təşkili təklif olunur
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
Polis Oğuzda reyd keçirib (FOTO)
Orta məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsi məqsədəuyğun sayılmır
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
Uşaq bağçalarının yalnız bu ərazilərdə açılması təklif edilir
Zakir Həsənov: Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək
Təhsil İnstitutu tədrisin bərpası ilə bağlı təkliflərini açıqladı
Hulusi Akar: Xocalı soyqırımını törətmiş və Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı sonadək Azərbaycanın yanındayıq
Siyəzəndə iki yük avtomobili toqquşub
Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib
“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib (FOTO)
Los-Anceles polisi azərbaycanlılara hücum edən erməniləri axtarır
Bakı polisi nəzarət-profilaktiki tədbirləri davam etdirir (FOTO)
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanun təsdiqləndi
“The Jewish Press”: İsraildə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib (FOTO)
Xaçmaz polisi təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıb (FOTO)
Bu gün keçirilən qəbul imtahanlarının nəticələri nə vaxt elan ediləcək? - RƏSMİ (FOTO)
Cəmi 15 dəqiqəyə Unibankda onlayn sahibkar hesabı aç!
Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüb
Siyəzəndə yas mərasimi keçirənlər cərimələniblər
Avqustun ortalarında hava sərin keçəcək
Nazir: Almaniya yaxın aylarda öz vaksinini istehsal edə bilər
Professor: Sevr müqaviləsi Türkiyə Böyük Millət Məclisində rədd edilmiş və lazımsız kağız parçası kimi cırılıb kənara atılmışdı
Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər - Siyavuş Novruzov
İki kəndin su təchizatı ilə bağlı yeni layihənin icrasına başlanıb (FOTO)
BP "Şahdəniz"dən qaz hasilatını artırıb
Azərbaycan neftinin son qiymətləri
Xəzərin ekoloji mühitinə mənfi təsirlərin azaldılması üçün müzakirələr aparılıb
Şahdəniz qazının Səngəçal terminalı ilə ixracı artıb
İranda koronavirusdan ölənlərin sayı 19 min nəfəri keçib
AÇG-də neft hasilatı azalıb
Polislər boğulmaq üzrə olan iki nəfərin həyatını xilas edib (FOTO)
Sabah yağış yağacaq - 14 avqustda gözlənilən hava şəraiti
Dövlət orqanlarında işçi sayı 50 faizə qədər müəyyən edilib
BP AÇG üzrə xərcləri artırıb
Bulvarda istifadəyə verilən idman qurğularına və veloparka xüsusi nəzarət olunur (FOTO)
“İnstagram”da narkotiki təbliğ şəxs həbs edilib (VİDEO)
Epidemiyanın bədii ifadələri covidoscope.org saytında (FOTO)
Gənc könüllülər bilikləri ilə yarışdılar (FOTO)
Sosioloq: Azərbaycanda ictimai qınağın yüksəldilməsinə böyük ehtiyac var
İranla enerji əməkdaşlığı müzakirə edilib (FOTO)
İndiyə qədər 5,9 milyon manat ƏDV məbləği geri ödənilib
BP: Pandemiya materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olur
Ermənistanın Bolqarıstandakı səfirliyinin yalanları ifşa olunub (FOTO)
Prokurorluq sosial şəbəkələrdə (VİDEO)
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür (FOTO)
DİM: İndiyədək buraxılış imtahanlarında 3 nəfər maksimal bal toplayıb
Avstraliyada işsizlərin sayı ilk dəfə 1 milyon nəfəri keçib
Smart sayğaclar mexanikilərlə niyə əvəzlənir? - “Azəriqaz”dan açıqlama (FOTO)
Kişmişin içərisindən 5 kiloqram narkotik çıxdı (FOTO)
Bakı Metropoliteni işçi axtarır
Filippin Rusiyanın istehsal etdiyi koronavirus vaksinini sınaqdan keçirməyi planlaşdırır
Kəndimizə bütün giriş-çıxış yollarını bağlamışdılar - Ermənistandan qovulan azərbaycanlı o dövrdə yaşadıqlarını danışıb
Bakıdan rayona gedən koronavirus xəstəsi postda saxlanılıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Kaliforniya qəzetində dərc olunan məqalədə ermənilərin Los-Ancelesdə törətdikləri vəhşiliklərdən bəhs edilir
Vasif Əliyev: Seroloji testlərlə bağlı tədqiqatların nəticəsi gələcəkdə karantin barədə qərarların qəbulu zamanı gərəkli ola bilər
Rusiyada son sutkada 124 nəfər koronavirusdan ölüb
Biləcəri qəsəbəsində mərkəzi küçə təmir edilib (FOTO)
Yerli telekanallar əcnəbi serial yayımlaya biləcək
Məxfi məlumatların oğurlanması məqsədilə edilən hücum orta hesabla 122 gün davam edir
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Azərbaycanda telekanallara ayrılan vəsaitin məbləğləri məlum olub
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib
DSMF-in vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair cinayət işi məhkəməyə göndərilib
Bütün xəbərlər