...

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 14 Oktyabr 2019 10:46 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir:

EUR.

Amerika ilə Çin arasında ticarət sazişinin ilkin mərhələsi üçün razılığın əldə edilməsi açıqlamaları beynəlxalq valyuta birjalarında müsbət qarşılansa da Amerika Mərkəzi Bankının faiz azaldılması ehtimalları fonunda dolların ucuzlaşması müşahidə edilir. Nəticədə EUR/USD məzənnəsində 1.11$-a kimi bahalaşma olub.

Bununla yanaşı, Avropa ilə İngiltərə arasında Breksit sazişinin imzalana biləcəyi ümidləri də məzənnədə öz müsbət əksini tapmaqdadır.

Lakin skeptik də böyükdür və avronun yenidən 1.10$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

GBP.

Keçən həftə sonu London ilə Brüssel arasında gedən gərgin Breksit sazişi müzakirələrinin cari həftənin ilk günlərində də davam etməsi gözlənilir. Keçən həftə iki tərəf arasında razılığın əldə edilə biləcəyi ehtimalları, GBP/USD məzənnəsində 1.27$-a kimi bahalaşmaya səbəb olmuşdur. Lakin zirvə toplantısına kimi günlər azaldıqca razılığın əldə edilməməsi amili, bu ehtimalları yenidən azaldır. Təhlillərə əsasən funt sterlinq əlavə olaraq 1.28$-a kimi bahalaşa bilər. Uzun müddətli perspektivdə isə məzənnə mənfi fundamental amillər fonunda təzyiq altındadır.

TRY.

Türkiyə ətrafında siyasi risklərin yenidən artması, USD/TRY məzənnəsində də özünü göstərir. Məzənnə keçən həftə 5.90TL-yə kimi bahalaşıb və 5.82TL-nin üzərində qaldıqca, 5.99TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

OIL.

Enerji birjalarında isə Avropanın Brent markalı neftin qiyməti “OPEC”-in aylıq hesabatında təklifin azala biləcəyi açıqlaması ilə bahalaşıb və 62$-a kimi dəyər qazana bilər.

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

GOLD.

ABŞ və Çin arasında ticarət böhranına dair müsbət xəbərlərin yayılması, əlvan metallar bazarlarında da qızıl qiymətinin ucuzlaşmasına səbəb olub. Burada isə təhlillər qiymətin 1491$-ın (47.9 $/qram) altında qaldıqca, 1462$-a (47.0 $/qram) kimi də ucuzlaşa biləcəyinə işarədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti