...

Virtual Reallıqda dərslər başlayır (FOTO/VİDEO)

İqtisadiyyat Materials 22 Noyabr 2019 14:30 (UTC +04:00)
Virtual Reallıqda gələcəyin təhsil modeli uğurla sınaqdan keçirildi.
Virtual Reallıqda dərslər başlayır (FOTO/VİDEO)

Bakı. Trend:

Virtual Reallıqda gələcəyin təhsil modeli uğurla sınaqdan keçirildi. Təhsildən Peşəyə - devizi ilə yola çıxan Barattson daha bir yeniliyə imza atıb. İnnovativ layihələri ilə tanınan Barattson, Azərbaycanda yaradılmış, Amerikanın Delaveyr ştatında qeydiyyatdan keçmiş və təsis olunmuş VRiendly startap şirkəti ilə birgə VR (Virtual Reallıq) üzərindən təhsil modelini testdən keçirib.

İlkin sınaq dərsi uğurla nəticlələnib. Dərsdə iştirakçı qismində Barattsonun təhsil üzrə səfiri Səfa Mehdi və dillər bölməsi üzrə aparıcı müəllimi Fidan İskəndərova iştirak edib. İştirakçılar müxtəlif məkanlardan virtual auditoriyalara qoşularaq sınaq dərsini VR eynəkləri vəsitəsi ilə həyata keçiriblər.

Xatırladaq ki, gələcəyin təhsil modeli olan VR-Virtual Reallıq təlim iştirakçılarının vaxtına və xərclərinə qənaət etmək, eyni zamanda məhdud imkanlı şəxslərin istənilən təlimlərdə iştirakını təmin edərək məkan əlçatmazlığını tamamilə aradan qaldırmağa iddialıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti