...

Bu günə qədər 290 min tondan çox pambıq yığılıb

İqtisadiyyat Materials 28 Noyabr 2019 08:55 (UTC +04:00)
Bu günə qədər ölkə üzrə pambıq qəbulu məntəqələrinə 290 min 145 ton məhsul təhvil verilib.
Bu günə qədər 290 min tondan çox pambıq yığılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu günə qədər ölkə üzrə pambıq qəbulu məntəqələrinə 290 min 145 ton məhsul təhvil verilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,1 faiz çoxdur. Belə ki, keçən il noyabrın 27-dək 216 min 403 ton pambıq yığılmışdı.

Pambıq yığımında Saatlı (41 min 236 ton), Bərdə (33 min 529 ton), Ağcabədi (31 min 870 ton), Biləsuvar (29 min 334 ton) və Beyləqan (29 min 79 ton) rayonları irəlidədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti