...

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İqtisadiyyat Materials 10 Yanvar 2020 16:55 (UTC +04:00)
hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 98.6648 AZN (5.79 faiz) və 98.9040 AZN (4.74 faiz) olan 22 sifariş təqdim edilib.
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı. Trend:

Yanvarın 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50200179S dövlət qeydiyyat nömrəli, 50 milyon manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 98.6648 AZN (5.79 faiz) və 98.9040 AZN (4.74 faiz) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 371 milyon 399 min 300 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 98.8470 AZN (5 faiz), orta ölçülmüş qiyməti 98.8621 AZN (4.93 faiz) müəyyən olunub. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 milyon AZN təşkil edib.

Notlar aprelin 6-da ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti