...

"Hesab.az"da baş tutan Masterpass kampaniyası uğurla başa çatıb

İqtisadiyyat Materials 8 Fevral 2020 13:40 (UTC +04:00)
2019-cu ilin dekabr ayından başlayan Masterpass kampaniyası ilə 3000 istifadəçi "Hesab.az" ödənişlərində dərhal endirim qazandılar.
"Hesab.az"da baş tutan Masterpass kampaniyası uğurla başa çatıb

Bakı. Trend:

2019-cu ilin dekabr ayından başlayan Masterpass kampaniyası ilə 3000 istifadəçi "Hesab.az" ödənişlərində dərhal endirim qazandılar.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu kampaniya istifadəçilər tərəfindən böyük marağa səbəb oldu. Sözü gedən kampaniya sayəsində istifadəçilər Hesab.az-da ödənişləri asan şəkildə edərək, Masterpass ilə tanış oldular və Hesab.az istifadəçilərini əsas tutaraq, təklif etdiyi endirimdən yararlandılar. Bundan əlavə, baxmayaraq ki, kampaniya bitib, istifadəçilər Masterpass-ın etibarlı və təhlükəsiz kart bazasına kartlarını saxlayıb, Masterpass-ın keçərli olduğu hər yerdə bir kliklə ödənişləri edə biləcəklər.

Hesab.az hər zaman istifadəçilərin təklif və müraciətlərini nəzərə alaraq, kampaniya və sosial məsuliyyətli tədbirlər etməyi planlayır. Bundan əlavə yeni məhsul və xidmətlərin Azərbaycanda güvənlə tanınmasında hər zaman öndə olub. Hazırda 500 mindən çox qeydiyyatlı istifadəçisi olan Hesab.az Masterpass kampaniyası ilə fərqini bir daha göstərdi və istifadəçilərə yeni xidmət, məhsul və kampaniyalar təqdim etmək üçün çalışmaqdadır

Hesab.az-da edilən yeniliklərdən ən birinci xəbərdar olmaq üçün Hesab.az-ı sosial media kanallarında ( https://www.facebook.com/hesabaz/ , https://www.instagram.com/hesabaz/ ) izləməyi unutmayın. Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti