...

DİN: Xüsusi karantin rejiminə baxmayaraq, Azərbaycana daxil olan tranzit yük maşınlarının hərəkəti təmin edilir (FOTO/VİDEO)

İqtisadiyyat Materials 27 Mart 2020 12:49 (UTC +04:00)
DİN: Xüsusi karantin rejiminə baxmayaraq, Azərbaycana daxil olan tranzit yük maşınlarının hərəkəti təmin edilir (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasındə koronavirus pandemiyasına görə xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq qonşu dövlətlərdən, o cümlədən İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayiəti ilə hərəkəti təmin edilməkdədir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tranzit yüklər daşıyan nəqliyyat vasitələri sərhədlərimizi tərk edənə qədər onların təhlükəsizliyi Yol Patrul Ximməti və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən təmin edilir və yalnız müəyyən edilmiş məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə və qidalanmasına icazə verilir.

Sürücülərin yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşrutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstrimal vəziyyətlər istisna olmaqla icazə verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti