Bu həftə ərzində muzdlu işçilərə ödəmələrin həyata keçirilməsinə başlanacaq

Bu həftə ərzində muzdlu işçilərə ödəmələrin həyata keçirilməsinə başlanacaq

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyasının, eləcə də dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən ölkə iqtisadiyyatında baş verən dəyişikliklər barədə operativ şəkildə məlumatlar toplanaraq təhlil edilir və müvafiq çevik tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq edilən Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin icrası 3 mərhələyə bölünüb.

Trend-in məlumatına görə, ilkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi istiqaməti üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi ilkin mərhələdə həyata keçiriləcək işlərlə bağlı aşağıdakıları ictimaiyyətin və vergi ödəyicilərinin diqqətinə çatdırır:

İş yerlərinin və sosial sabitliyin qorunması istiqaməti üzrə:

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi hazırlanıb və bu həftə ərzində ödəmələrin həyata keçirilməsinə başlanacaq.

Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. İşəgötürənlərin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında mümkün qədər qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək və işəgötürənlər işçilərin əməkhaqqlarını ödəyə biləcəklər.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi.

Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək.

Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.

Fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi ilə bağlı banka müvafiq göstəriş veriləcək, ayrılmış vəsaitlər ünvanlarına çatdırılacaq.

Bu işlərin dəqiq icra mexanizmini özündə əks etdirən Proseslər Xəritələri hazırlanıb və bu barədə həm işəgötürənlərə, həm də fərdi sahibkarlara ətraflı məlumat yaxın vaxtlarda onlara şəxsi elektron kabinetləri, SMS və bildirişlər vasitəsilə çatdırılacaq.

Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də fərdi sahibkarların siyahısının dəqiqləşdirilməsi prosesi başa çatmaq üzrədir.

İqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi istiqaməti üzrə:

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) əhəmiyyətli vergi güzəştlərinin və tətillərinin verilməsi.

Bu tədbir pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrində (avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili sərnişin daşımaları (o cümlədən taksi ilə), yerləşmə vasitələri hesab edilən mehmanxana, otel, hostel və oxşar obyektlər, turoperator və turagentlər, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması, ictimai iaşə, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zalları, idman-sağlamlıq obyektləri, hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzləri, əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tam və ya qismən məhdudlaşdırılan sahələrdə və digər sahələrdə) fəaliyyət göstərən vergi ödəyicilərinin vergi yükünün azaldılmasını, vergi öhdəliklərinin yerinə yetirilməsi və hesabatların verilməsi müddətlərinin uzadılmasını və digər məsələləri əhatə edən vergi güzəştlərini və tətillər verilməsini nəzərdə tutur.

Pandemiyadan zərər çəkmiş yuxarıda qeyd olunan sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə mənfəət (gəlir) vergisi, sadələşdirilmiş vergi, əmlak və torpaq vergiləri, habelə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan vergi üzrə müddətli vergi azadolmalarının verilməsi, mənfəət (gəlir) və əmlak vergisi üzrə cari vergi ödəmələrindən müddətli azadolmanın verilməsi, mikro sahibkarlıq subyektləri tərəfindən vergihesabatlarının (mənfəət (gəlir) vergisi, əmlak vergisi, sadələşdirilmiş vergi) verilməsi və vergilərin ödənilməsi müddətinin uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mənfəət (gəlir) vergisi və əmlak vergisi üzrə hesabatlarda hesablanmış vergilərin ödənilməsi müddətinin uzadılması və vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudlaşdırılmadan gəlirdən çıxılan xərclərə aid edilməsi kimi vergi güzəştləri və tətillərinin verilməsi planlaşdırılır.

Bunlarla yanaşı, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalı, habelə əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının müəyyən müddətdə ƏDV-dən azad edilməsi, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının təxirə salınması və bir sıra sahibkarlıq subyektləri üzrə sosial sığorta yükünün azaldılması məsələlərini əhatə edən dəyişikliklərdə hazırda müzakirə mərhələsindədir.

Mingəçevir Dövlət Universitetinin əməkdaşı gənclər üçün təlimlərdə iştirak edib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşı gənclər üçün təlimlərdə iştirak edib (FOTO)
Bu il cəza çəkməkdən azad edilmiş neçə nəfərə sosial müavinət verilib? - AÇIQLAMA
Bu il cəza çəkməkdən azad edilmiş neçə nəfərə sosial müavinət verilib? - AÇIQLAMA
Azərbaycanda otellərdən ən çox bu ölkələrin vətəndaşları istifadə edib
Azərbaycanda otellərdən ən çox bu ölkələrin vətəndaşları istifadə edib
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 27 651 nəfər sağalıb
Binəqədi rayonunda yaşayış evində baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
"YouTube"un işində qüsurlar yaranıb
Azərbaycan Bolqarıstana qazı Rusiyadan 4 dəfə ucuz tədarük edir
44 günlük Vətən müharibəsinin xronikası: 29 oktyabr
Mingəçevir Dövlət Universitetinin əməkdaşı gənclər üçün təlimlərdə iştirak edib (FOTO)
Ərdoğan İtaliya və Böyük Britaniyaya səfər edəcək
"Facebook" şirkəti adını dəyişdirdi
SOCAR yeni İstiqrazlar buraxacaq
"Cənub Qaz Dəhlizi" Rusiya qazına yeganə alternativdir - "The Economist"
Avropada qazın qiyməti min kubmetr üçün 900 dollardan aşağı düşüb
QDTİB Azərbaycanı Paris iqlim sazişi çərçivəsində öhdəliklərinin icrasında dəstəkləməyə hazırdır (ÖZƏL)
Bu il cəza çəkməkdən azad edilmiş neçə nəfərə sosial müavinət verilib? - AÇIQLAMA
NATO baş katibinin xüsusi nümayəndəsi Əfqanıstanda göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib
Azərbaycanda otellərdən ən çox bu ölkələrin vətəndaşları istifadə edib
Mədə-bağırsaq xəstəliklərinin əsas səbəblərindən biri fast-food qidalarıdır - Həkim
Azərbaycanda mehmanxanaların gəlirlərinin məbləği açıqlanıb
Avropa Mərkəzi Bankı kreditlər üzrə uçot dərəcəsini dəyişməyib
Normadan artıq emal olunmuş qidaların orqanizmə təsiri
Qəbul imtahanlarında hansı dəyişikliklər olacaq?
Gəncədə “Nizami Gəncəvi İli”nə həsr olunmuş tədbir keçirilib (FOTO)
Ceyhun Bayramov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb (FOTO)
Heydər Əliyevdən miras Azərbaycançılıq məfkurəsinin və ordu-xalq birliyinin təntənəsinə çevrilən tədbir keçirilib (FOTO)
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində panel müzakirələr təşkil olunub (FOTO)
AMEA-nın bir neçə institutuna baş direktorlar seçilib
Baş nazir Türkiyənin Vitse-prezidentinə təbrik məktubu göndərib
Mingəçevir Dövlət Universiteti şəhid Yasən Əhmədovun xatirəsini anıb (FOTO)
Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb
Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasına xidmət edən addımlara sadiq qalmağı düzgün hesab edir - Zaxarova
Bu gün ölkədə 800-ə yaxın yaşayış məntəqəsi qazlaşdırılmayıb - Ruslan Əliyev
Fəal yaşlanma layihəsi çərçivəsində "Qəlbi cavanlar düşərgəsi" təşkil olunub (FOTO)
Kiyevdə karantin rejimi sərtləşdirilir
“SOCAR” Rumıniyada 66-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verib (FOTO)
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan yeni resurs bazası ictimaiyyətə təqdim olunub (FOTO)
Abonentlərə verilən təbii qazın tərkibinə hava necə düşür? - Baş direktor AÇIQLADI
Tibb Universitetinin daha 5 qrupu distant təhsilə keçib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 420 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
"Nar" qazi müəllimlər haqqında kitabın çapına dəstək olur
Qaradağda şəhid məzarları, abidələri və barelyeflərinin ətrafının abadlaşdırılması aksiyası keçirilib (FOTO)
“Qadın sahibkarlara dəstək sosial missiyamızın vacib hissəsidir", - Evgeniya Qaşikulina, AccessBank (FOTO)
"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - Baş direktor açıqladı
Ağdam ruhlar şəhərinə bənzəyir - Peter Erdeyi
Dövlət komitəsi İraqdan gətirilən azərbaycanlı uşaqlarla bağlı açıqlama yaydı
İki məhkəmə sədri Məhkəmə Hüquq Şurasına üzv seçildi
Üzdə plastik cərrahiyyə üsulları
Hava şəraiti qeyri-sabit olacaq, yağış yağacaq - PROQNOZ
"Barselona" müvəqqəti məşqçi təyin edib
Qəbələdə ətraf mühiti çirkləndirənlər cərimələnib
"Paşa Bank" Azərbaycanın startap ekosistemini dəstəkləyəcək
UNEC-də XVI Beynəlxalq Strateji İdarəetmə beynəlxalq konfrans işə başlayıb (FOTO)
DİN bir qrup qazinin torpaq sahəsi ilə bağlı mübahisəsinə aydınlıq gətirdi
Avtobusun şüşələri adam sıxlığından sınıb? - BNA açıqladı
Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi
Hərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" adı uğrunda müsabiqə keçirilib (VİDEO)
Şəhid adından saxta səhifə açaraq insanlardan pul tələb edən şəxs saxlanıldı (FOTO/VİDEO)
Azərbaycanda koronavirusa qarşı dördüncü doza vaksin vurdurmaq mümkündür - RƏSMİ
Diplomatlarla bağlı qanun layihəsi plenar iclasa tövsiyə olundu
769 şəhid və qazi ailəsinin içməli su təchizatı yaxşılaşdırılıb (FOTO)
Bir il öncə Bərdəyə atılan raketlər erməni terrorunun növbəti nümunəsi idi - Deputat
Həbsdə olan jurnalistin cinayət işi hakim icraatına verildi
Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır - Tamam Cəfərova
“Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirib (FOTO)
Pedaqoji Universitetin qəhrəmanları (FOTO)
Bu il bal yarmarkasında ən çox cökə balı çatışa çıxarılıb (FOTO)
“AzerGold” QSC-nin şəhid əməkdaşı Rauf Əsgərovun xatirəsi anılıb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarları ilə görüşüb (FOTO)
Sahibkarlıq obyektlərində monitorinqlər keçirilir
Sabah Bakıda “Zəfər” yarmarkası keçiriləcək
Türkiyədə Azərbaycan əleyhinə kampaniya aparan telekanal cəzalandırılıb
Ermənistandan bəzi müsbət siqnallar alırıq - Hulusi Akar
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub
İraqda hərbi bazaya hücum olub
Prokuror Neftçalanın sabiq icra başçısına 11 il cəza istədi
İranda daha 159 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik
Prezident İlham Əliyev: Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir
Bu il səkkiz avtomobil yolunun tikintisi başa çatdırılıb
Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağa hazırdır
Azərbaycanda payızlıq əkin sahəsinin 81 faizi şumlanıb
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib
I və III qruplardakı dəyişiklik qəbul prosesinə necə təsir edəcək?
Bu şəxslərə 15 faiz sığorta ödənişi veriləcək
STAR neft emalı zavodu idxalı artırıb
Bu il Nar bayramı keçiriləcək? - AÇIQLAMA
Sabah hava yağışlı keçəcək
I qrupa informatika fənni 2023-cü ildə əlavə ediləcək - DİM sədri
Ermənistan İkinci Qarabağ müharibəsi zamanı silahlanmada Azərbaycandan geri qalıb - Armen Sarkisyan
Rusiyada koronavirusa yoluxma və ölüm sayı rekord həddə çatıb
Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi saxlanıldı
Ermənistan prezidenti bu şərtlə istefa verməyə hazırdır
Bakıda küçədən qumbara tapıldı (FOTO/VİDEO)
Aşağı bal toplayanların seçim imkanı artacaq - Məleykə Abbaszadə
Dövlət Məşğulluq Agentliyində Sahibkar Qadınlar İB-nin nümayəndələri ilə görüş keçirilib (FOTO)
Bakının möhtəşəm Ağ Şəhər bulvarı (FOTOSESSİYA)
Britaniyada avtomobil istehsalı son 40 ildə ən aşağı səviyyəyə düşüb
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb
Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyətlər yarandı
Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir - Çavuşoğlu
Bütün xəbərlər