...

KOBİA pandemiyadan zərər çəkmiş sahibkarlar üçün növbəti onlayn tədbir təşkil edib

İqtisadiyyat Materials 21 Aprel 2020 17:01 (UTC +04:00)
KOBİA pandemiyadan zərər çəkmiş sahibkarlar üçün növbəti onlayn tədbir təşkil edib

Bakı. Trend:

Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət dəstəyi tədbirləri barədə məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunan onlayn tədbirlər davam edir.

Agentlikdən Trend-ə verilən məlumata görə, ötən həftə keçirilmiş onlayn maarifləndirmə tədbirlərindən 6 minə yaxın sahibkarlıq subyekti yararlanıb.

Aprelin 21-də KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş "Pandemiyadan zərər çəkmiş sahələrə göstərilən maliyyə dəstəyi" mövzusunda növbəti onlayn tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və KOBİA-nın nümayəndələri sahibkarlıq subyektlərini maraqlandıran sualları cavablandırıb, nəzərdə tutulan yeni dövlət dəstəyi tədbirləri barədə məlumat veriblər.

KOBİA-nın "Facebook" səhifəsi (https://www.facebook.com/smb.gov.az) üzərindən birbaşa yayımlanmış onlayn tədbirdən 2 minə yaxın sahibkarlıq subyekti yararlanıb.

KOBİA-ya daxil olan müraciətlər və sahibkarlıq subyektlərinin marağı nəzərə alınmaqla pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması üçün onlayn maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti