...

Azərbaycan nefti bahalaşır

İqtisadiyyat Materials 1 May 2020 12:41 (UTC +04:00)
"Brent Dated" etalon növlü neftin qiyməti 19,67 dollar/barel olub
Azərbaycan nefti bahalaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 22,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,61 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 21,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,82 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 22,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,01 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 19,67 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,72 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti