...

Yeni London taksilərinin 50-si artıq istifadəyə verilib - RƏSMİ

İqtisadiyyat Materials 1 Sentyabr 2020 17:17 (UTC +04:00)
Yeni London taksilərinin 50-si artıq istifadəyə verilib - RƏSMİ

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bir müddət əvvəl Bakıya gətirilən yeni London taksilərinin daha bir neçəsi istifadəyə verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər. Buna qədər yeni taksilərdən 10-u istifadəyə verilmişdi:

"50 ədəd yeni “LEVC TX” modelli taksi artıq istifadəyə verilib. Texniki yeniliklər edildikcə avtomobillər istifadəyə verilir".

Xatırladaq ki, ölkəyə gətirilən 100 ədəd yeni London taksisi smart konfiqurasiyalıdır və 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti