SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri aparılır (FOTO)

SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri aparılır (FOTO)

Bakı. Trend:

SOCAR-ın “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun “EP-300” qurğusunda aparılan və artıq yekun fazasında olan modernizasiya və yenidənqurma işləri sürətlə davam etdirilir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev SOCAR-ın Sumqayıt şəhərində yerləşən “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda olub.

SOCAR rəhbəri “Azərikimya” İB-nin “EP-300” qurğusunda artıq yekun fazasına daxil olan modernizasiya və yenidənqurma işlərinin, eləcə də zavodda aparılan əsaslı təmir işlərinin gedişi ilə yerində tanış olub, öz tapşırıqlarını verib.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramına” əsasən, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR-Polymer” Layihəsi çərçivəsində inşa edilmiş yeni polipropilen və yüksək sıxlıqlı poletilen istehsalı qurğularının dayanıqlı olaraq müvafiq keyfiyyət və kəmiyyət göstəricilərinə uyğun xammallar və enerjidaşıyıcılarla təmin edilməsi məqsədi ilə “Azərikimya” İB-nin “EP-300” qurğusunda daha çox məqsədli məhsullar (etilen və propilen) əlavə olunması üçün mərhələlərlə modernizasiya və yenidənqurma işlərinə başlanılıb və hazırda sözügedən layihə yekun fazasına daxil olub.

Layihənin icrasına lisenziar və baş podratçı qismində sənayə liderlərindən olan Technip şirkətinin İtaliya ofisinin cəlb edilməsi ilə 2016-cı ildə başlanılıb.
Modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və lazımlı miqdarda etilen, propilen, saf hidrogen və enerji daşıyıcıları ilə təmin etməkdir. SOCAR-ın “Azərikimya” İB-də istehsal üçün istifadə olunan xammallar birbaşa SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir. Beləliklə, Sumqayıtdakı “Azərikimya” İB-nin Etilen-polietilen zavodu SOCAR-ın dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan zəncirin əsas və ən önəmli həlqələrindən birini təşkil edir.

Modernizasiya və yenidənqurma layihələri başa çatdıqdan sonra “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal iki dəfə, bəzi məhsullar üzrə üç dəfə artacaq, zavodun istismar dövrü ən azı 20 il uzadılacaq, mövcud qurğuların etibarlılığı və səmərəliliyi artırılacaq və müasir standartlara cavab verən yüksək keyfiyyətli və rəqabətədavamlı məhsulların istehsalı üçün təminat yaranacaq.

Layihə çərçivəsində (1-ci faza) “Azərikimya” İB-də yeni 4 ədəd piroliz sobası, quru qazın təmizlənməsi qurğusu, etilen və propilen saxlama anbarları, hidrogenin alınması və zənginləşdirilməsi və PPF-in təmizlənməsi qurğuları tikilib, bir sıra mövcud qurğu və avadanlıq əsaslı şəkildə rekonstruksiya olunub, zavodda yeni avtomatika-idarəetmə sistemi tətbiq edilib.

Layihəyə 50-dən çox beynəlxalq və yerli şirkət əsas avadanlıq və material təchizatçısı qismində cəlb edilib. Layihədə çalışan işçilərin ortalama sayı sutkada 2000 nəfər olub ki, bunların 95% -ə qədəri yerli mütəxəssislərdir.

5 avqust 2020-ci il tarixdən “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun “EP-300” qurğusunun yeni konfiqurasiyada istismara verilməsi məqsədilə zavodun fəaliyyətinin planlı dayanması baş verib. Bu dayanma zamanı yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bütün tikinti-quraşdırma işlərinin tamamlanması və sazlama işlərinin aparılması gözlənilir. Cari ilin oktyabr ayında zavodun istehsalat fəaliyyəti bərpa olunandan dərhal sonra yeni qurğuların mərhələli şəkildə istismara verilməsi, beləliklə də 2020-ci ilin 4-cü rübündə cari layihənin tam olaraq başa çatdırılması nəzərdə tutulur.

Etilen-polietilen zavodunda həyata keçirilən digər önəmli layihələrdən biri Buxar Turbogenerator qurğusunda layihə gücünün 32 Mvt/saatdan 65 Mvt/saata çatdırılmasıdır. Bunun üçün əlavə turbogenerator quraşdırılır və mövcud texnoloji sistem təkmilləşdirilir. Həmçinin “Azərikimya” İB-nin daxili imkanları hesabına mövcud köhnə yüksək gərginlikli yarımstansiya Etilen-polietilen zavodunun ərazisinə köçürülərək tam olaraq yenidən qurulur.

Layihə başa çatdıqdan sonra “Azərikimya” İB-nin Sumqayıt Elektrik Şəbəkəsindən aldığı 32 Mvt.s elektrik enerjisinə olan tələbatı («EP-300” və “Polimir-120” qurğularında) tam olaraq qarşılanacaq, qurğunun istehsal etdiyi izafi 33 mvt.s elektrik enerjisi şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə, eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi təlabatçılarına ötürülməsi imkanını yaradacaq.

Hazırda Layihə üzrə işlərin 65%-i icra olunub və onun tam olaraq 2021-ci ilin 2-ci rübündə yekunlaşması nəzərdə tutulub.

Orxan Vahidoğlu, “İki sahil”

Boksçumuz dünya birinciliyində yarımfinala yüksəlib
Boksçumuz dünya birinciliyində yarımfinala yüksəlib
Sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib
FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb
FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb
Loading Bars
Xəbər lenti
Dünyada ötən sutka koronavirusa 724 mindən çox yoluxma qeydə alınıb - ÜST
Boksçumuz dünya birinciliyində yarımfinala yüksəlib
Türkiyədə son sutkada koronavirusdan 48 947 nəfər sağalıb
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub
Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək
Sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib
"CureVac" şirkəti İsveçrədə COVID-19- qarşı peyvəndinin sertifikatlaşdırılması üçün müraciət edib
Türkiyənin yeni səfiri Bakıdan görüntülər paylaşıb (FOTO)
Bakıda yol qəzası baş verib, tıxac yaranıb
ÜST koronavirus səbəbindən fövqəladə vəziyyəti üç ay uzadıb
Azərbaycan iqtisadiyyatına son 3 ayda yatırılan investisiyanın həcmi açıqlanıb
Azərbaycanda 3 ayda ÜDM-nin həcmi 18 milyard manatı ötüb
“Azercell Telekom” MMC-yə yeni prezident təyin olunub
COVID-19-la bağlı dünyada fövqəladə vəziyyət rejimini daha üç ay uzadılıb
Azərbaycanda bu il qaz hasilatının əsas artımı "Şahdəniz" yatağının payına düşəcək
C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi keçiriləcək
Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 milyard dolları ötüb
Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Tələbələr hansı hallarda ali məktəbdən xaric ediləcək? - Yeni qanun layihəsi
Təhsil kreditləri BU QAYDADA veriləcək
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üzrə işlər barədə məlumat açıqlanıb
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
"MOL Group" AÇG yataqlar blokuna 120 milyon dollara yaxın əsaslı investisiya yatırıb
Şəmkirdə ev yanıb
Bir neçə kafe və restoranda kobud pozuntular aşkarlanıb - SİYAHI
Gədəbəydə çörək sexində nöqsanlar aşkarlandı (FOTO)
Azərbaycan neft məhsullarının ixracını artırıb
“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn təqdimatı keçirilib (FOTO)
"Əsas Məsələ”də Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar müzakirə olunub (VİDEO)
İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bakı sakini qohumunun evindən 70 min manat oğurladı (FOTO/VİDEO)
Ağdam rayonunun İsmayılbəyli kəndi (FOTO/VİDEO)
Makronun səfər etdiyi şəhərdə atışma olub - Yaralanan var
Ermənistan kommunikasiya xətlərinin açılmasını ləngidir - Deputat
Ağdamda məscidlərin dağıdılmasını görmək üzücüdür - İsrailli jurnalist (VİDEO)
Mayın 9-dan 16-dək ictimai nəqliyyat işləməyəcək
Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Erməni vəhşiliklərinin tayı-bərabəri yoxdur - Arye Qut (VİDEO)
Qaradağ və Nəsimidə qaz xətləri yenilənir (FOTO)
Ermənistan radioaktiv maddələrdən təhdid kimi istifadə edir - Arzu Nağıyev
Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Şirvanda əməliyyat keçirilib: 4 nəfər saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
“AccessBank”dan yeni əmanətçilərə bonus hədiyyə!
“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
İsrailli jurnalistlər Ağdamda ermənilərin dağıtdığı iki məscidi ziyarət ediblər - Trend TV-nin REPORTAJI
"YAŞAT" Fondu daha bir şəhid anası və qazinin əməliyyat xərclərini ödədi (FOTO)
Bakıda evdən külli miqdarda pul oğurlayan narkotik alverçiləri saxlanıldı (FOTO/VİDEO)
Vaksin bizi koronavirusu ağır keçirməkdən və ölüm hallarından qoruyur – Rəşad Mahmudov
Saatlıda reyd: 18 sürücü məsuliyyətə cəb edilib (FOTO)
Prezident İlham Əliyev azad edilən ərazilərin elektrik təchizatı ilə maraqlanıb
İsmayıllıda yol polisi reyd keçirib (FOTO)
NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirdi (FOTO)
Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işləri həyata keçiriləcək - SƏRƏNCAM
Türk Şurasının yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də olublar (FOTO)
Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb
Bu il prokurorluqda 577 cinayət işi icrata götürülüb
Tovuzda birmərtəbəli tikili yanıb
Xəzərdə reyd - 4 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (VİDEO)
Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib - Sərəncam
İranda sutka ərzində 24 min nəfər koronavirusa yoluxub, 398 nəfər ölüb
Fransa şirkəti SOCAR-ın neft-kimya kompleksinin təmirini başa çatdırıb
İran parlamenti işini 2 həftəlik dayandırır
Prezident İlham Əliyev azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə ilə bağlı sərəncam imzalayıb
Samuxda yanğın olub, 2 nəfər xəsarət alıb
Avtobus sürücülərinə peyvənd vurulur (FOTO)
Azərbaycanda büdcə kəsiri azalacaq - BVF
Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib - SƏRƏNCAM (YENİLƏNİB)
Anar Məhərrəmov səfir vəzifəsindən geri çağırıldı
Ramiz Həsənov Azərbaycanın İspaniyada yeni səfiri təyin edilib (YENİLƏNİB)
Azərbaycanda insan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - İşçi qrup yaradıldı (SƏRƏNCAM)
Sabah 30 dərəcəyədək isti olacaq
Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqlənib
Rusiyada koronavirusun iki yeni forması tapılıb
Azərbaycan-İran sərhədində atışma: 1 nəfər yaralanıb - DSX (FOTO)
"Karvan-L" şirkətlər qrupu orqanik pomidorun istehsalına davam edir (FOTO)
Füzulidə xeyli silah-sursat aşkarlanıb (VİDEO)
Ceyhun Bayramov Misirə başsağlığı verib
Qaxda qanunsuz ovla məşğul olanlar saxlanılıb
Yaponiyanın NEXI şirkəti ilə İqtisadiyyat Nazirliyi Anlaşma Memorandumu imzalayıb
Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı
Cəbrayıl rayonunun Mehdili kəndi (VİDEO)
"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb
İran Azərbaycanla preferensial ticarət müzakirələrini davam etdirir
Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb
Xaçmazda mağazadan oğurluğa cəhd edən dəstə yaxalandı
Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq
Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı
QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
Şanlı qəhrəmanlıq salnaməsi
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanıb (FOTO)
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Saatlıda yas mərasimi dayandırılıb
İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir - Deputat
Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub
Bakı Limanının yük dövriyyəsi artıb
Bütün xəbərlər