...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 28 Oktyabr 2020 11:29 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 41,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 40,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,01 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti