Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda rüsumların əksəriyyəti 15 il bundan əvvəl müəyyən edilib.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, Azərbaycanda hər bir vətəndaşın ödədiyi dövlət rüsumunun orta illik məbləği 35 manat təşkil edir ki, bu da vətəndaşın gəlirlərinin təqribən 0.5 faizini təşkil edir.
T.Mirkişili bildirib ki, bəzi ölkələrdə bu məbləğ 8 faizdən yuxarıdır.
Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.