Bu il 131 mindən çox şəxsə sosial ödənişlər elektron qaydada təyin edilib

İqtisadiyyat Materials 28 Dekabr 2021 09:51 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Bu ilin yanvar-noyabr aylarında 131 min nəfərdən çox şəxsə sosial ödənişlərin elektron qaydada təyinatı həyata keçirilib.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Elektron təyinatın 21 min nəfərdən çoxu pensiya, 109 min nəfərdən çoxu isə müavinət və təqaüd alanların payına düşüb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 5,43 mlrd. manat vəsait ödənilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti