...

Azərbaycanda “AKINCI”nın istehsalına başlamaq istəyirik - Bayraqdar (VİDEO)

İqtisadiyyat Materials 7 Fevral 2022 17:42 (UTC +04:00)
Azərbaycanda “AKINCI”nın istehsalına başlamaq istəyirik - Bayraqdar (VİDEO)

Bakı. Trend:

“BAYKAR” şirkəti Azərbaycanda PUA-ların istehsalına başlamaq istəyir.

Trend xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində “BAYKAR” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.

O, Azərbaycanda görəcəkləri işlərlə bağlı hədəflərini açıqlayıb:

“Azərbaycanın aidiyyəti qurumları “AKINCI” pilotsuz uçuş aparatı ilə maraqlanırlar. Biz “BAYKAR” olaraq bu texnologiyanı Azərbaycanda inkişaf etdirmək üçün işə başlamaq istəyirik. Həm inkişaf etdirmək, həm də burada istehsal etmək təşəbbüsü ilə çıxış edəcəyik.

İşə bu sahə ilə əlaqəli azərbaycanlılar cəlb ediləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti