...

İran və Azərbaycan “Xudafərin” və “Qız Qalası” Hidroqovşaqları və SES-lərin tikintisini davam etdirəcəklər

İqtisadiyyat Materials 17 Aprel 2022 17:11 (UTC +04:00)
İran və Azərbaycan “Xudafərin” və “Qız Qalası” Hidroqovşaqları və SES-lərin tikintisini davam etdirəcəklər
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranla Azərbaycan arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı üzrə razılıq əldə olunub.

Bununla əlaqədar İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Qız Qalası bəndində Azərbaycan və İranın Birgə Texniki Komissiyası üzvlərinin iştirakı ilə 2-ci iclas keçirilib. Bu barədə Trend İranın Şərqi Azərbaycan vilayəti Regional Su Şirkətinin informasiya portalına istinadən məlumat verib.

İclasda Xudafərin və Qız Qalası elektrik stansiyaları ilə bağlı öncədən razılaşdırılmış sənədlərin icrası, hidroqovşaq və elektrik stansiyalarında işlərin davam etdirilməsi, investisiya və podratçıların müəyyənləşməsi haqqında razılıq əldə olunub.

İşlərin tamamlanması üçün 22 milyon dollardan artıq vəsaitin xərclənməsi və elektrik stansiyalarına dair müqavilənin DB qaydası ilə müəyyənləşməsi haqqında razılıq əldə olunub.

Proqnoz olunur ki, gələn 4 ay ərzində podratçılar müəyyənləşəcək və işlərin icrasına başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti