...

Aİ ölkələrində Qarabağa investisiya qoymaq istəyən şirkətlərin sayı artıb

İqtisadiyyat Materials 17 May 2022 11:49 (UTC +04:00)
Aİ ölkələrində Qarabağa investisiya qoymaq istəyən şirkətlərin sayı artıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələrində Qarabağa investisiya qoymaq arzusunda olan şirkətlərin sayı artıb.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda forum qrupunun rəhbəri Boqdana Efe deyib.

O bildirib ki, Aİ-nin 2021-ci ildə Azərbaycanın işgüzar mühiti ilə bağlı araşdırmasına əsasən, Avropa müəssisələrinin 54 faizi Qarabağ və Şərqi Zəngəzura investisiya qoymaqda maraqlarını bildiriblər.

"Eyni zamanda şirkətlərin 40 faizi Qarabağ və Şərqi Zəngəzurun hesabına öz bizneslərini genişləndirməyə hazırdır", - deyə o bildirib.

B.Efe deyib ki, alternativ enerji, "yaşıl" layihələr və nəqliyyat infrastrukturu Qarabağ və Şərqi Zəngəzur regionlarında investisiya üçün cəlbedici istiqamətlərdəndir və şirkətlərin 30 faizi bu sahəni vurğulayıb.

O əlavə edib ki, 25 faizə yaxın respondent kənd təsərrüfatı və emal sənayesini prioritet istiqamət kimi adlandırıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti