...

Azərbaycan dünya qaz istehsalında böyük rol oynayacaq - "Total Energies"

İqtisadiyyat Materials 2 İyun 2022 15:41 (UTC +04:00)
Azərbaycan dünya qaz istehsalında böyük rol oynayacaq - "Total Energies"
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dünya qaz istehsalında böyük rol oynayacaq.

Trend-in məlumatına görə, bunu "Total Energies" şirkətinin icraçı direktoru Regis Aqut Bakıda keçirilən 27-ci Enerji forumunda deyib.

"Azərbaycanın qaz tədarükünün genişləndirilməsində böyük potensialı var. Bu gün Azərbaycandan Cənub Qaz Dəhlizi ilə tədarük diqqət mərkəzindədir. Xəzər dənizinin ehtiyatları çox böyükdür", - deyə o bildirib.

Onun sözlərinə görə, "Total Energies"in SOCAR-la Abşeronda birgə layihəsi bu baxımdan vacib rol oynayır.

"Bizim SOCAR-la layihəmiz aşağı tullantı səviyyəsinə malikdir, amma yenə də karbonsuzlaşma prosesinə investisiyalar lazımdır", - R.Aqut deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti