Bakı. Trend:
Qətər Avropadan, egər daha çox qaz almaq istəyirsə, uzunmüddətli müqavilələr imzalamağa tələb edir.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən bildirib.
Bu tələb Almaniyanın ABŞ-dan maye qaz almaq üçün 20 illik müqavilə imzalamasından sonra qoyulub.
Qeyd olunub ki, belə bir istək Avropanın istixana qazı tullantılarını məhdudlaşdırmaq, eyni zamanda Rusiya qazından asılılığı azaltmaq məqsədini çətinləşdirə bilər.