...

Samir Şərifov işğaldan azad edilmiş ərazilərin bərpasına ayrılacaq vəsaitdən danışdı

İqtisadiyyat Materials 28 İyun 2022 12:20 (UTC +04:00)
Samir Şərifov işğaldan azad edilmiş ərazilərin bərpasına ayrılacaq vəsaitdən danışdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılacaq vəsaitlərin xüsusi çəkisi dövlət büdcəsində yüksək olacaq.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, ayrılan vəsaitlər Qarabağ və Şərqi Zəngəzurun vacib infrastrukturunun bərpa edilməsinə yönəldilib.

Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsindən işğaldan azad edilmiş vəsaitlərin bərpasına və yenidənqurulmasına ayrılan vəsait 470 milyon artırılaraq 2 milyard 670 milyon manata çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti