...

Gəncədə YŞFP-nin açılışına həsr olunmuş tədbir keçirilib

İqtisadiyyat Materials 6 İyul 2022 12:49 (UTC +04:00)
Gəncədə YŞFP-nin açılışına həsr olunmuş tədbir keçirilib

Bakı. Trend:

Yaşıl Şəhər Fəaliyyət Planı (YŞFP) Gəncə şəhərində ən mühüm ekoloji problemləri və iqlim dəyişikliyi risklərini müəyyən etməyə və prioritetləşdirməyə kömək edəcək və həmin problemlərin şəhər infrastrukturuna xüsusi investisiyalar yönəltməklə və siyasət tədbirləri həyata keçirməklə həll edilməsini təmin edəcəkdir. YŞFP vasitəsilə şəhərin uzunmüddətli dayanıqlı inkişafına maliyyə vəsaiti cəlb olunacaq.

YŞFP-nin məqsədləri aşağıda qeyd olunanlardan ibarətdir:

  • Şəhərdə, maraqlı tərəflərdə və sakinlərdə YŞFP-nin həyata keçirilməsində cavabdehlik formalaşdırmağa kömək etmək;
  • Şəhərə qarşılaşdığı ekoloji problemləri müəyyən etməkdə və prioritetləşdirməkdə kömək etmək;
  • İnvestisiyaların yönəldiləcəyi infrastruktur sahələrinin siyahısını hazırlamaq;
  • Siyasət, normativ-hüquqi baza və qaydaların, habelə digər hüquqi, inzibati və idarəetmə tədbirlərinin siyahısını hazırlamaq.

Layihənin ilkin mərhələsi çərçivəsində çərşənbə günü 6 iyul tarixində Gəncə YŞFP-nin açılışını etdik. Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri və AYİB-in "Yaşıl Şəhərlər" proqramının rəhbəri açdı. Proqram daha sonra AYİB-in "Yaşıl Şəhərlər" Proqramının icmalı, Gəncə şəhəri üçün YŞFP-nin hazırlanması və sual-cavab sessiyası ilə davam etdi.

Gəncə şəhərinin ekoloji təmiz və dayanıqlı gələcəyinin formalaşdırılmasına dair birgə yanaşmanın dəstəklənməsi istiqamətində ilk addım olan tədbirə Gəncə Şəhər İcra Hakimiyyətinin əsas şöbələrinin, mərkəzi hökumətin, dövlət şirkətləri və idarəetmə təşkilatlarının, elmi ictimaiyyətin və yerli QHT-lərin nümayəndələri qatılıblar.

"Yaşıl Şəhər" üzrə Fəaliyyət Planının hazırlanması və gələcəkdə həyata keçirilməsi sayəsində şəhər mühitinin yaxşılaşdırılması Gəncənin 300,000 nəfərdən çox sakini üçün öz faydalı təsirini göstərəcəkdir.

2020-ci ilin mart ayında Gəncə şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Yaşıl Şəhərlər" proqramına qoşulmuş və ekoloji cəhətdən təmiz, azkarbonlu və dayanıqlı gələcəyə keçidi dəstəkləmək məqsədilə YŞFP hazırlamağa marağını ifadə etmişdir.

AYİB-in 5 milyard avro dəyərində "Yaşıl Şəhərlər" proqramı üzv şəhərlərə ekoloji cəhətdən daha təmiz gələcəyə doğru irəliləməyə və hər bir şəhərin qarşılaşdığı problemləri həll etməyə kömək edir. Bu gün 56 şəhər "Yaşıl Şəhərlər" şəbəkəsinin üzvüdür. Gəncə şəhəri AYİB-in şəhərlərin dayanıqlı inkişafının təmin edilməsinə yönəlmiş "Yaşıl Şəhərlər" proqramına qoşulan ilk Azərbaycan şəhəridir. Burada bərk məişət tullantılarının idarə olunması sistemlərinin modernləşdirilməsi məqsədilə AYİB tərəfindən 10 milyon avro investisiya ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti