...

Türkiyə türk dövlətləri arasında tranzit daşımalarının sadələşdirilməsinin tərəfdarıdır - nazir

İqtisadiyyat Materials 3 Avqust 2022 01:06 (UTC +04:00)
Türkiyə türk dövlətləri arasında tranzit daşımalarının sadələşdirilməsinin tərəfdarıdır - nazir

Bakı. Trend:

Türkiyə tranzit daşıma prosedurlarının sadələşdirilməsinin və daşıma rüsumlarının azaldılmasının tərəfdarıdır ki, bu da türkdilli dövlətlərin ticarətinin inkişafına və ÜDM artımına töhfə verəcək.

Trend xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Türkiyə, Özbəkistan və Azərbaycan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin Daşkənddə keçirilən üçtərəfli görüşündə deyib.

Nazir vurğulayıb ki, məhz nəqliyyat infrastrukturu dövlətlər arasında uğurlu iqtisadi əməkdaşlığın açarıdır.

"Türkiyə bu postulatdan çıxış edərək həm Ankaranın özünün, həm də bütövlükdə regionun maraqlarına cavab verən irimiqyaslı layihələr həyata keçirir", - deyə A.Karaismailoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfi Avropa və Asiya arasında yük daşımaları üçün güclü logistik baza təşkil edən Orta Nəqliyyat Dəhlizinin inkişafına xüsusi diqqət yetirir.

A.Karaismailoğlu ölkəsinin keçdiyi bütün ölkələrin əhalisinin rifahının artmasına töhfə verən bu marşrutu daha da inkişaf etdirməyə hazır olduğunu bəyan edib.

Türkiyəli nazir vurğulayıb ki, Orta Dəhliz digər marşrutlara sərfəli alternativdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti