...

Azərbaycan iqtisadiyyatı 6,2 faiz artıb

İqtisadiyyat Materials 9 Avqust 2022 13:49 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı 6,2 faiz artıb

Bakı. Trend:

2022-ci ilin yanvar-iyul aylarında ölkədə 74155,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz azaıb, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb.

ÜDM istehsalının 52,9 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,3 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7375,9 manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti