Samsun. Trend:
Türkiyənin Samsun şəhərində keçirilən "Teknofest"də Azərbaycandan 16 komanda iştirak edir.
Bunu Trend-ə açıqlamasında Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.
Nazir müavini qeyd edib ki, həmin komandalar "Teknofest Azərbaycan"da qalib olan komandalardır:
"Bu gün burada onların texnoloji həllərinə çox böyük bir maraq var. Azərbaycanda keçirilən “Teknofest”dən sonra bizə saysız müraciət edildi və əmin olduq ki, gənclərimiz seçimlərini artıq texnologiya sahəsində edirlər".