...

Azərbaycanda logistikanın inkişafında Nəqliyyat Ekspeditor şirkətləri mühüm rol oynayır (FOTO)

İqtisadiyyat Materials 5 Oktyabr 2022 17:17 (UTC +04:00)
Azərbaycanda logistikanın inkişafında Nəqliyyat Ekspeditor şirkətləri mühüm rol oynayır (FOTO)

Bakı. Trend:

Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Tarixi İpək Yolunun bərpası Azərbaycanda tranzit daşınmaların inkişafında mühüm rol oynamışdır. Bundan əlavə ölkənin coğrafi mövqeyi Şərqlə -Qərb arasında qapı rolunu oynamaqla yanaşı, Cənubla Şimal arasında tranzit daşınmaları üçün əsas zəmin kimi çıxış edir.

Azərbaycanda logistikanın inkişafında ictimai birliklər, Nəqliyyat Ekspeditor şirkətləri də mühüm rol oynayır. Buna misal olaraq, 2022-ci il sentyabr ayında Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosasiyası Türkmən Logistika Assosasiyası, Özbəkistan Beynəlxalq Ekspeditor Assosasiyası və Gürcüstan Ekspeditorlar Assoasiya ilə imzalanmış Anlaşma Memorandumlarını göstərmək olar.

Sadaladığımız bu faktorlar Memorandum imzalanmış ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişafını, məlumat və təcrübə mübadiləsinin aparılmasını, logistikanın inkişafına qarşılıqlı töhvələrin verilməsini təmin edəcəkdir. Məlumat mübadiləsi dedikdə logistika və pərakəndə satış sahəsində beynəlxalq təşkilatların, şirkətlərin və ekspertlərin iştirakı ilə konfransların, biznes forumların,seminarların birgə keçirilməsi nəzərdə tutulur.

Bu sahədə görülən və görüləcək tədbirlər gələcəkdə Azərbaycanda Nəqliyyat sahəsində imkanları daha da genişləndirəcək, İpək yolu üzərində olan ölkələrdən əlavə olaraq digər ölkələrdə də Azərbaycanı etibarlı partnyor kimi tanınmasına şərait yaradacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti