...

Elektron Təhlükəsizlik Xidmətindən növbəti “fişinq” hücumları barədə xəbərdarlıq!

İqtisadiyyat Materials 18 Oktyabr 2022 17:58 (UTC +04:00)
Elektron Təhlükəsizlik Xidmətindən növbəti “fişinq” hücumları barədə xəbərdarlıq!
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər vətəndaşlara “Kapital Bank”ın adından veb səhifə yaradaraq fişinq mesajları göndərilir və onlara pul vəsaiti təklif olunur.

Bu barədə Trend-ə bu gün Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Vətəndaşlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu kimi vədlərə etimad etməmək, şübhəli keçidlərə daxil olmamaq, hər hansı şirkət və ya qurum adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmaq tövsiyə olunur.

Həmçinin bu kimi hallarla qarşılaşdıqda vətəndaşlardan 1654 qaynar xətti, www.cert.az saytı və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti