Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankında kadr dəyişiklikləri baş verib.
Trend bu gün quruma istinadən məlumat verir ki, daxili audit departamentinin direktoru vəzifəsinə Elçin Əlizadə təyin olunub.
Bundan başqa, Elnur Məmmədov əməliyyat riskləri şöbəsinin rəisi təyin edilib.