Bakı. Trend:
Zəngəzur dəhlizi Azərbaycanın tranzit potensialını artıra bilər.
Trend bu gün xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin İdarə heyətinin sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, bu dəhliz daha qısadır və Avropaya daha səmərəli çıxış imkanları təqdim edir.
Azərbaycanın azad edilmiş ərazilərində digər layihələr barədə danışan R.Rüstəmov bildirib ki, ümumi uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolunun tikintisi işlərinin 38 faizi, layihələndirmə işlərinin 78 faizi başa çatıb.
"47,1 kilometrlik Bərdə-Ağdam dəmir yolu üzrə hazırda layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin 58 faizi başa çatıb. Bu layihələri 2023-2024-cü illərdə istismara verməyi planlaşdırırıq", - deyə o bildirib.