...

Su təchizatı şəbəkəsinə qoşulma indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

İqtisadiyyat Materials 29 Noyabr 2022 15:19 (UTC +04:00)
Su təchizatı şəbəkəsinə qoşulma indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Su təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun rəhbəri, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov sənədin hazırlanmasında dövlət təşkilatlarının mütəxəssisləri və məsləhətçi şirkətlərin nümayəndələrinin iştirakı ilə birgə iş aparıldırğını bildirib. Məsləhətçi şirkət tərəfindən təkmilləşdirilmiş Diaqnostika Matrisası əsasında tərtib edilən Yol Xəritəsi Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

Yol Xəritəsində kommunal xidmət qaydalarının keyfiyyəti, kommunal xidmət göstəriciləri və xidmətlərin şəffaflığı, kommunal sahədə xidmətlərin həyata keçirilməsinin səmərəliliyi, maarifləndirmə və təbliğat işlərinin aparılması istiqamətlərində 4 alt indikator üzrə tədbirlər əksini tapıb. Sənəddə su təchizatı sistemlərinə qoşulma üzrə əsas hədəflər, keyfiyyəti standartları, hüquq və öhdəliklər, müraciətlərə baxılmasının tam elektronlaşdırılması, prosedurların və vaxtın minimuma endirilməsi, şəffaflığın, istehlakçı hüquqlarının qorunması ilə bağlı vəzifələr müəyyən edilib. Tətbiq ediləcək yeniliklər biznes strukturlarının su təchizatı şəbəkələrinə qoşulmasını xeyli asanlaşdıracaq, vaxta və xərclərə qənaət imkanı yaradacaq.

Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsi barədə ətraflı məlumat verib. O, təsdiq edilmiş Yol Xəritəsinin əhəmiyyətini vurğulayaraq sənədin su təchizatı sisteminə qoşulma sahəsində müsbət nəticələr verəcəyini diqqətə çatdırıb.

“Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Samir Qənili Yol Xəritəsində “Azərsu” ASC tərəfindən rəqəmsallaşma və optimallaşma sahəsində nəzərdə tutalan tədbirlər barədə təqdimatla çıxış edib. Qeyd olunub ki, yeni sənəd kommunal xidmətlərə qoşulma üzrə dövlət xidmətlərinin elektronlaşdırılmasını və onlayn müraciət imkanlarını tam təmin edəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov Yol Xəritəsində vətəndsaşlara göstərilən xidmətlərin təşkili və bu sahədə nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Qeyd olub ki, bu işlər su təchizatı şəbəkəsinə qoşulmanın düzgün və səmərəli təşkilinə imkan yaradacaq.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Fərid İsayev Yol Xəritəsinin dövlət-biznes dialoqu platforması baxımından əhəmiyyətini qeyd edərək su təchizatı sisteminə qoşulmanın biznes mühitinə əlverişli təsirlərindən danışıb.

“Azərsu” ASC yanında İctimai Şuranın sədri Rauf Zeyni və şura üzvü Eyyub Hüseynov Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin biznes strukturlarının fəaliyyətinə dəstək baxımından əhəmiyyətli olduğunu qeyd edib, bu sahədə ictimaiyyətin maarifləndirilməsinə dəstək olacaqlarını diqqətə çatdırıblar.

Sonra iclas iştirakçıları tərəfindən yeni Yol Xəritəsi üzrə 2022-ci ildə nəzərdə tutulan tədbirlərin icrası, 2023-cü il üçün hədəflər və prioritetlər barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti