...

Keçən il Türkiyənin müdafiə sanayesi məhsulları ixracı artıb

İqtisadiyyat Materials 5 Yanvar 2023 11:43 (UTC +04:00)
Keçən il Türkiyənin müdafiə sanayesi məhsulları ixracı artıb

Bakı. Trend:

2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36,9 faiz artaraq 4,4 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Ötən ilin dekabr ayında Türkiyə 647,5 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 49,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2021-dekabr 2022) Türkiyə 4,4 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti